Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

11 dekabr 2023

07:45:00
1419147

Bəzi İran vətəndaşlarına qarşı sanksiyalara cavab olaraq

Kənani: Amerika, İngiltərə və Kanada sionistlərin törətməkdə olduğu cinayətlərində tərəfdaş kimi cavab verməlidir

“İsrail rejiminin tarixi və davamlı dəstəyini və bu rejimin son iki ayda Qəzzada törətdiyi hərbi cinayətlərə ictimai siyasi, hərbi, kəşfiyyat və media dəstəyini nəzərə alaraq, ABŞ, İngiltərə və Kanada hökumətləri, cinayətdə tərəfdaş kimi məsuliyyət daşıyırlar.”

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: İran İslam Respublikasının  Xarici İşlər Nazirliyinin sözçüsü Amerika, İngiltərə və Kanada hökumətlərinin bəzi İran vətəndaşlarına qarşı sanksiya tətbiq edən əsassız və müdaxiləçi hərəkətinə cavab olaraq bu hərəkəti kəskin şəkildə pisləyib.

Nasir Kənani İran İslam Respublikasının qarşılıqlı və mütənasib addım atmaq hüququna malik olduğunu bildirərək əlavə edib:

“Öz ərazilərində və dünyanın digər yerlərində azlıqların, immiqrantların və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulması da daxil olmaqla, müstəmləkəçilik qeydləri və insan hüquqlarının sistematik pozulması ilə bağlı qara keçmişi olan ölkələr, bu cür qərəzli və nümayişkaranə hərəkətləri ilə dünyanın ictimai rəyini insanlığa zidd hərəkətlərdən yayındırmağa və uşaq qatlil olan sionist rejiminin insanlıq əleyhinə cinayətləri ilə tam əməkdaşlıq etməyə çalışırlar.”

Kanani bu ölkələrin ikili davranışları ilə yüksək insan hüquqları anlayış və dəyərlərinə böyük haqsızlıq etdiklərini vurğulayaraq əlavə edib:

“Sionist rejimin hərbi cinayətlərində bilavasitə iştirak etmələri və Qəzzada minlərlə insanın, xüsusən də qadın və uşaqların vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı qalmaqal bu gün dünyanın qulağına çatan bu saxta insan haqları iddiaçıları heç vaxt başqa ölkələrin insan haqlarının vəziyyətini şərh etmək və mühakimə etmək iqtidarında deyillər.”

Diplomatik qurumun sözçüsü vurğulayıb:

 “İsrail rejiminin tarixi və davamlı dəstəyini və bu rejimin son iki ayda Qəzzada törətdiyi hərbi cinayətlərə ictimai siyasi, hərbi, kəşfiyyat və media dəstəyini nəzərə alaraq, ABŞ, İngiltərə və Kanada hökumətləri, cinayətdə tərəfdaş kimi məsuliyyət daşıyırlar.”

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi bir müddət əvvəl verdiyi açıqlamada ölkənin İran, Əfqanıstan və Çin də daxil olmaqla bütün dünyadakı insanları insan haqlarının pozulmasında iştirak etməsi bəhanəsi ilə hədəfə aldığını açıqlamışdı.

Bəyanatda bildirilir ki, ABŞ hökuməti 9 ölkədə iki iranlı, Əfqanıstan Talibanının üzvləri və Çin təhlükəsizlik rəsmiləri də daxil olmaqla 20 nəfərə qarşı sanksiya tətbiq edib.

Bəyanatda həmçinin deyilir ki, Vaşinqtonun ABŞ-da əməliyyatlar aparmaq, o cümlədən ABŞ-ın indiki və keçmiş hökumət rəsmilərini hədəfə almaq üçün insanları cəlb etdiyini iddia etdiyi iki İran kəşfiyyatçısına – Məcid Dəstcani Farahani və Məhəmməd Mehdi Xanpur Ərdəstaniyə sanksiya tətbiq edilib.

Kiçik Britaniya hökuməti də cümə günü axşam bəyanat yayaraq elan edib ki, müttəfiqləri, o cümlədən ABŞ və Kanada ilə birlikdə İran, Suriya, Belarus və Cənub-Şərqi Asiya da daxil olmaqla müxtəlif ölkələrdə insan haqlarını pozan insanları hədəf alıb, o cümlədən onların aktivləri bloklanıb və səyahətləri qadağan edilib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!