Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

1 noyabr 2023

18:20:00
1407525

"Müharibə davam etsə müqavimət gözlənilməz qərar verəcək"- Əmir Abddulahian

ABŞ Qəzzədə və İordan çayının qərb sahilində qadınların, uşaqların və sivil vətəndaşların öldürülməsinin davam etdirilməsində göstərdiyi himayənin məsuliyyətini götürməli və onun nəticələrini qəbul etməlidir.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Əmir Abdullahian Türkiyənin xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında bildirib ki, müharibə dərhal dayandırılmazsa, bölgədəki şərait bütün tərəflərin nəzarətindən çıxacaq. Müharibənin miqyası getdikcə daha genişləncək və bunun məsuliyyəti ABŞ və qondarma İsrail rejiminin üzərinə düşəcək.

ABŞ Qəzzədə və İordan çayının qərb sahilində qadınların, uşaqların və sivil vətəndaşların öldürülməsinin davam etdirilməsində göstərdiyi himayənin məsuliyyətini götürməli və onun nəticələrini qəbul etməlidir.

Müharibə davam edərsə, vəziyyət belə göründüyü kimi qalmayacaq və müqavimət başqa bir gözlənilməz qərarını verəcək.




Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!