Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

2 oktyabr 2023

07:45:00
1397291

Seyyid İbrahim Rəisi Tehranın ev sahibliyi etdiyi 37-ci Beynəlxalq İslam Vəhdəti Konfransındakı çıxışından bir parça

Rəis harmoniya və koordinasiya mənasını verən İslam birliyinə diqqət yetirilməsinin, İslam dünyasının mənafeyinin qorunmasının və ona bir tədris proqramı və məktəb kimi baxılmasının vacibliyini vurğulayıb.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: bu gün Tehranda dünyanın 41 ölkədəsindən təşrif gətirmiş 110 ziyalının iştirakı ilə Beynəlxalq İslam Vəhdətii Konfransının 37-ci sessiyası işə başlayıb.

İran prezidenti İbrahim Rəisi konfransın açılışındakı çıxışında “Bugünkü ortaq baxışımız normallaşma və təslim olmaq deyil, düşmənlərə qarşı əzmkarlıq və müqavimət göstərməkdir” deyib və vurğulayıb ki, “Birlik mədəniyyət, media və iqtisadi müharibə ilə mübarizənin yolunu təmsil edir.”

Rəis həmçinin düşmənin İslam millətinin birliyinə qarşı mübarizə apardığına və bu xalqın birləşməsini istəmədiyinə işarə edərək, Fələstinin azad edilməsinin İslam milləti üçün ən mühüm məsələ olduğunu qeyd edib.

İran prezidenti çıxışında Ümumdünya İslam Vəhdəti Konfransının təşkil edilməsinin məqsədinin müsəlmanlar arasında birlik və həmrəylik yaratmaq, alimlərin elmi və mədəni baxışlarını yaxınlaşdırmaq, İslam birliyinin təmin edilməsi üçün çalışmaq və əməli həll yolları təklif etmək olduğunu izah edib.

Beynəlxalq İslam Vəhdəti Konfransının builki sessiyası “Ortaq dəyərlərin kristallaşması naminə İslam əməkdaşlığı” şüarı altında toplanır.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!