Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

17 sentyabr 2023

08:20:00
1394029

İİR XİN Spikerinin Atom Enerjisi Agentliyinin baş direktorunun bəyanatına sərt reaksiyası

Nasir Kənani ABŞ və Qərb ölkələrinə xatırladıb: “İran bu cür siyasi sui-istifadələrin, o cümlədən Agentliyin durumunu siyasiləşdirmək cəhdinin nəticələri barədə əvvəllər xəbərdarlıq etmişdi!”

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: İİR Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin İran İslam Respublikasının Agentliyin bir neçə təcrübəli müfəttişinin təyinatının ləğvi ilə bağlı verdiyi bəyanatına cavab olaraq bildirib:

“Təəssüf ki, İran İslam Respublikasının Agentlik ilə müsbət, konstruktiv və davamlı qarşılıqlı fəaliyyətinə baxmayaraq, üç Avropa ölkəsi və ABŞ Valilər Şurasının məkanından öz siyasi məqsədləri üçün sui-istifadə etdilər.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!