Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : SAHAR TV
çərşənbə

13 sentyabr 2023

07:50:00
1393336

Putin Ukraynaya F-16 qırıcıları göndərməsinə görə, Qərbi tənqid edib

Vladimir Putin bu gün Rusiyanın Uzaq Şərq bölgəsində keçirilən iqtisadi forumda bildiribdir ki, Ukraynada müharibə bəhanəsilə Qərb ölkələri tərəfindən bu ölkəyə F-16 qırıcılarının göndərilməsi, yalnız Ukrayna müharibəsini daha da uzadacaq.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Rusiya prezidenti Qərb ölkələri tərəfindən Kiyevə F-16 qırıcılarının göndərilməsini tənqid edib.

Ukrayna rəsmiləri son zamanlar deyiblər ki, bu ölkənin silahlı qüvvələri tezliklə öz qərbli müttəfiqlərindən F-16 qırıcıları alacaqlar.

Ukrayna prezidenti Vladimir Zelenski uzun müddətdir, Kiyevə F-16 qırıcıları vermələri üçün öz qərbli müttəfiqlərini təzyiq altında qoyub, amma hələ bu təyyarələrin təmini barədə bir qərar çıxarılmayıbdır.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!