Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

6 sentyabr 2023

13:30:00
1391650

Nasir Kənani: İslam ölkələrinin Qüds işğalçı rejimi ilə hər hansı kompromis hərəkəti humanitar və beynəlxalq öhdəliklərə ziddir.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sionist rejimin xarici işlər nazirinin Bəhreynə səfəri və bu rejimin Manamada yeni səfirliyinin açılışı ilə bağlı jurnalistlərin suallarına cavab olaraq deyib:

“Sionist rejim dərin və artan daxili böhran və bu rejimin fələstinlilərə qarşı gündəlik cinayətləri ilə bağlı beynəlxalq və insan haqları dairələri və forumlarının müxalifət və tənqidlərinin yayılması səbəbindən zəiflik, tənəzzül və süqut vəziyyətində olduğu halda, İslam ölkələrinin işğalçı Qüds rejimi ilə birgə hərəkət etmələri, bu rejimə hər hansı güzəştə getməkləri siyasi müdriklikdən uzaq və bu ölkələrin Fələstin xalqının ayrılmaz hüquqlarını dəstəkləmək kimi insani, mənəvi və beynəlxalq öhdəliklərinə ziddir.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!