Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahar TV
çərşənbə axşamı

8 avqust 2023

13:50:00
1385580

“İsrail” adlanan rejim çökür – TƏHLİL

İşğalçılıq əbədi ola bilməz. Bu, tarixin hökmüdür…

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Sionist rejim içəridən çalxalanır, haqq və ədalət öz yerini tapacaq və Fələstin torpaqları əsl sahiblərinə qayıtmalıdır.

İşğal olunmuş ərazilərdə sionist rejimin baş naziri Benyamin Netanyahu və onun kabinetinə qarşı xalq nümayişlərindən 31 həftə keçir və işğal olunmuş əraziləri bürüyüb.

Netanyahunun məhkəmə-hüquq islahatları planında israrlı olması işğal olunmuş ərazilərdə ən böyük kütləvi nümayişlərin keçirilməsinin əsas səbəbidir və ardıcıl nümayişlər terror dövlətinin varlığına ciddi təhdid yaradıb. Təhdidlərdən biri heç şübhəsiz sionist rejimin misli görünməmiş siyasi böhranla üzləşməsidir.

Dörd il ərzində bu rejim beş dəfə parlament seçkisi keçirdi, lakin səkkiz aya yaxındır mövcud olan indiki kabinet hələ də çox kövrək vəziyyətdədir və işğal olunmuş ərazilərdə siyasi parçalanma pik həddə çatıb.

 

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!