6 avqust 2023 - 17:15
Ermənilər 44 günlük müharibənin ortaya qoyduğu reallıqla barışmaq istəmir

88,8% yerevan ermənisi Qarabağın Azərbaycan tərkibində olmasının əleyhinədir

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Ermənistan vətəndaşlarının 88,8%-i Dağlıq Qarabağ sakinlərinin etnik azlıq kimi Azərbaycanın tərkibində olmasını istəmir.

Bu barədə avqustun 4-də "GALLUP Beynəlxalq Assosiasiyası"nın Ermənistan nümayəndəliyi məlumat yayıb.

Təşkilatın Ermənistanda keçirdiyi sorğunun nəticələrinə görə, vətəndaşların 1,1%-i Dağlıq Qarabağ sakinlərinin Azərbaycanın tərkibində etnik azlıq statusu almasının “mütləq məqbul olduğunu”, 2,7%-i bunun “kifayət qədər məqbul” olduğunu, 5,5%-i “kifayət qədər qəbuledilməz” olduğunu, 88,8%-i isə "birmənalı olaraq qəbuledilməz" olduğunu bildirib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!