Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

5 avqust 2023

16:50:00
1384950

Onlarla Məscidləri yerlə yeksan edən İlham Əliyev Bakıda yəhudi Mərkəzi tikir

Müsəlman ölkəsində Avropa ravvinlərinin qurultayı keçiriləcək

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Sionistlərin müsəlman ölkəsində xərçəngvari nüfuzu genişlənir. Ən yeni təşəbbüs olaraq Bakıda Yəhudi Mədəniyyət Mərkəzinin tikilməsi planlaşdırılır.

Bu barədə Jewish News Sindicate rəsmi Azərbaycan mənbələrinə istinadən xəbər verib.

Bildirilir ki, Bakıda əsas şəhər sinaqoqunun yanında Yəhudi Mədəniyyət Mərkəzi tikiləcək və mərkəz sionistlərin tapşırığı əsasında Azərbaycan dövlətinin vəsaiti hesabına tikilməlidir.

Bakı Dağ Yəhudiləri İcmasının mənəvi lideri İbrahim Yaqubovun sözlərinə görə, dördmərtəbəli binanın tikintisi üçün torpaq sahəsi İlham əliyev tərəfindən icmaya hədiyyə edilib.

Tikintinin 2024-cü ilin sonunda başa çatdırılması planlaşdırılır.

Nəşr həm də Bakıda keçirilməsi nəzərdə tutulan Avropa ölkələrinin ravvin Konfransının keçirilməsi haqqında məlumat verib. Konfransa yaşıl qitənin hər yerindən təxminən 500 Avropa ravvininin iştirakı gözlənilir.

Konfransın əsas mövzusu dini etiqad azadlığı və yəhudi icmalarının fəaliyyəti ilə bağlı məsələlər olacaq.

Maraqlıdır ki, yəhudilərin Bakıda bu qədər qeyri-adi sərbəst fəaliyyəti üçün hər cür şəraitin yaradılması inanclı musəlmanlarin və azad fikirli insanlarin şərlənərək həbs edilməsi ilə eyni dövrə təsadüf edir.

Bəzi hüquq müdafiəçilərinə görə şiəlik inancı və əqidəsinə görə təkcə bu il həbs edilmiş dindarların sayı yüzlərlədir və hətta onların 2 min nəfər olduğu iddia edilir. Sözü gedən şiələrdən bir çoxu İrana casusluqda şərlənərək saxta ifadələrin alınması üçün işgəncələrə məruz qalıb.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!