Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahar TV
şənbə

5 avqust 2023

17:10:50
1384947

Tanınmış politoloq Bakı Ağır Cinayətlər Məhkəməsinin dindarlarla bağlı qərarına iradını bildirdi

Ərəstun Oruclu: Məhkəmə dindarlarla bağlı konveyer üsuluna keçib

Tanınmış politoloq əlavə edib ki, kimsə ünvanına "İran agenti" deyiləcəyindən qorxaraq, kimsə də sadəcə dindarlara olan ehtiyatlı və bəzən də neqativ münasibətindən onların haqqının kütləvi şəkildə pozulmasını görməzdən gəlir. Lakin bunların hər ikisi yanlışdır. Əgər hüquqların pozulmasından söhbət gedirsə, buna göz yumanların hüquq haqqında danışmağa belə mənəvi haqqı yoxdur, ola da bilməz.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Azərbaycanlı politoloq məhkəmənin dindarlara olan münasibətini tənqid edərək bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi dindarlarla bağlı konveyer üsuluna keçib və onlara qarşı təkrar ittihamlar irəli sürür.

Ərəstun Oruclu bu haqda özünün feysbuk paylaşımında bildirir: “Gündə bir neçə dindarların işi ilə bağlı "məhkəmə" prosesi keçirilir. Mütləq əksəriyyəti də narkotik ittihamı ilə. Halbuki Azərbaycanda narkotiklərlə bağlı ittihamların mütləq əksəriyyəti hər zaman saxta olub və bu gün də belədir”.

Onun fikrincə dindarlara qarşı məhz bu ittihamın kütləvi şəkildə verilməsi təsadüfi deyil. Bununla din və narkotik, dindar və narkoman anlayışlarını eyniləşdirmək məqsədi güdülür.

Ərəstun Oruclu xəbərdarlıq edir ki, dindarlara qarşı kütləvi şərləmələr təkcə gələcəkdə başqalarına qarşı da tətbiq olunacağı səbəbindən təhlükəli deyil, həm də ən azı iki məkrli niyyətə xidmət edir: cəmiyyəti parçalamağa və təklənmiş, müdafiəsiz qalmış inanclı həmvətənimizin daha da radikallaşmasına.

Politoloq hesab edir ki, dünyəvi kəsimin dindarların pozulmuş hüquqlarını müdafiə etməməsinin səbəbləri kökündən yanlışdır və ölkənin gələcəyi üçün yaxşı heç nə vəd etmir.

Tanınmış politoloq əlavə edib ki, kimsə ünvanına "İran agenti" deyiləcəyindən qorxaraq, kimsə də sadəcə dindarlara olan ehtiyatlı və bəzən də neqativ münasibətindən onların haqqının kütləvi şəkildə pozulmasını görməzdən gəlir. Lakin bunların hər ikisi yanlışdır. Əgər hüquqların pozulmasından söhbət gedirsə, buna göz yumanların hüquq haqqında danışmağa belə mənəvi haqqı yoxdur, ola da bilməz.

 

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!