Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahar TV
şənbə

5 avqust 2023

16:11:00
1384943

Əliyevlər sülalə rejiminin qazamata saldığı İqtisadçı alim ölüm təhlükəsilə qarşılaşıb

Müxalifətçi siyasətçi Qubad İbadoğlunun səhhəti Bakı istintaq təcridxanasında kəskin şəkildə pisləşib

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun səhhətinin kəskin şəkildə pisləşdiyi deyilir. O, Bakı İstintaq Təcridxanasında saxlanılır.

Siyasətçinin qardaşı Qalib Bayramov bildirib ki, həkimlər ona aortanın  genişlənməsini  diaqnozu qoyublar. Aortanın partlaması ölümlə nəticələnə bilər.

Qalib Bayramovun sözlərinə görə, 13 gündür şəkəri və qan təzyiqi normadan xeyli yüksək olan iqtisadçı sürətlə çəki itirir:

“Hətta dərmanları vaxtında və normasında qəbul etsə belə, bunun heç bir faydası olmayacaq. Çünki hazırki saxlanma şəraiti ilə səhhətindəki yaxşılaşmadan danışmaq yersizdir. Bu gedişlə ölüm riski qaçılmazdır”, - deyə Qalib Bayramov belə yazıb.

O, beynəlxalq və yerli insan hüquqları təşkilatlarını, ölkədəki diplomatik korpusları Qubad İbadoğlunun həyatının itirməməsi üçün səylərini əsirgəməməyə çağırıb.

 Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 204 .3.1-ci maddəsilə (mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) ittiham irəli sürülüb. Bu maddə üzrə onu 8 ildən 12 ilədək həbs cəzası təhlükəsi gözləyir. İyulun 24-də məhkəmə istintaq müddətində onu 4 ay həbs edib. Hüquq-müdafiə təşkilatları İbadoğluya qarşı təqibləri pisləyiblər və onun azad olunmasını tələb ediblər.

Qubad İbadoğlu xaricdəki azərbaycanlı məmurların əmlakının müsadirə edilməsi və həmin vəsaitlərin bu fonda köçürülməsi təşəbbüsü ilə çıxış edib. O həmçinin işğaldan azad edilmiş ərazilərin bərpası adı altında büdcənin talandığını, tender keçirmədən layihələrin pay-püşk edildiyini və şəffaflığın təmin olunmadığını faktlarla sübuta yetirib. Bu səbəbdən iqtisadçı alim saxlanılarkən birbaşa İlham Əliyevin əmrilə həbs olunduğunu iddia edib.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!