Bu barədə XİN-in Twitter hesabında paylaşım edilib.
Paylaşımda Azərbaycan Xarici İşlər Nazirliyi İsveç hakimiyyətini cinayətkarlara qarşı bütün lazımi tədbirləri görməyə və nifrət zəminində bu cür cinayətlərin təkrarlanmasının qarşısını almağa çağırıb.
İyunun 28-də İsveçin paytaxtı Stokholmun mərkəzində, məscidin yanında İraqdan olan 37-yaşlı mühacir Salvan Momika "Quran" kitabını yandırıb.
Vandallığa İsveç məhkəməsi aksiyaya icazə verib.
Bu hadisə müsəlman dünyasında qəzəblə qarşılanıb. İraqda İsveç səfirliyi yandırılıb, İraq İsveçin səfirini ölkədən çıxarıb.
342/