Bakıda keçirilən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclası çərçivəsində İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Hüseyn Səlahvərzi Azərbaycan respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və ilə görüşüb.
Azərbaycan Respublikası KİV-i faktla bağlı bildirilib ki, görüşdə iş adamları arasında mövcud əlaqələrə və əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Həmçinin İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı İdarə Heyətinin Bakıda keçirilən iclasında İran Palatasının rəhbəri deyib: İslam Palatasının üzvlərinin iqtisadi imkanları bu ölkələrin ticarət imkanlarından daha üstündür və ümumi islam bazarının yaradılması kimi tədbirlər bu imkanların aktivləşməsinə kömək edəcək.
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclası 2023-cü il 17 və 18 iyul tarixlərində Bakıda keçirilmişdir.
342/