Bu gün Azərbaycan və Ermənistan liderləri yenidən bir araya gələcək.
Azərbaycan KİV-i xəbər verir ki, görüş Brüsseldə baş tutacaq.
Rəsmi məlumata görə, Bakı vaxtı ilə saat 15:00-da Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş başlayacaq.
Hər iki ölkənin liderləri dünəndən etibarən Brüsseldə səfərdədir.
Əlavə edək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşüb və müzakirələr aparıblar
342/