Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

11 iyul 2023

11:30:00
1378736

Bəhreyndə son bir ayda 120 insan haqları pozuntusu və Şiə vətəndaşların təqib və təziqlərə məruz qalması qeydə alınıb

Bəhreyn İnsan Haqları Mərkəzi son bir ay ərzində Bəhreyndə 120 insan hüquqlarının pozulması faktı barədə məlumat verib.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Bəhreyn İnsan Haqları Mərkəzi iyun ayında Bəhreynin müxtəlif bölgələrində 120 insan haqları pozuntusunun baş verdiyini açıqlayıb.

Qeyd olunan mərkəz aylıq hesabatında elan edib ki, insan haqlarının pozulması aktlarına təhlükəsizliklə bağlı xəbərdarlıqlar, yaşayış evlərinə basqınlar, 15-dən çox bölgədə, xüsusən də “Əl-Draz” və “Əs-Sənəbs” rayonlarında nəzarət-buraxılış məntəqələrinin yaradılması kimi pozuntular daxildir, halbuki Bəhreyn hakimiyyəti 15 nəfəri dindirikməyə çağırıb, 8 nəfəri isə həbs edib.

İnsan haqları təşkilatının hesabatına əsasən, Bəhreynin müxtəlif bölgələrində insanlar şəhidlər, siyasi xadimlər və məhbuslarla həmrəylik üçün 40 dəfə toplaşaraq yürüş keçiriblər.

Bəhreyn İnsan Haqları Mərkəzi bəyan edib ki, son bir ay ərzində Bəhreyndə din zəminində xeyli pozuntular qeydə alınıb və bu, şiə vətəndaşların əziyyət çəkməsinə səbəb olub.

Pozuntular arasında ən mühümü Bəhreyn təhlükəsizlik orqanlarının, iyunun 8-də, cümə namazı qılmasına mane olmaq, eləcə də Bəhreynin Şiə Ruhanisi Şeyx Fazil əl-Zəkinin çıxışının qarşısını almaq olub.

Ötən illərdə Bəhreyn şiələrinin mənəvi lideri Ayətullah Şeyx İsa Əhməd Qasimin ev dustaqlığı bitməzdən əvvəl Əl-Draz qəsəbəsində onun gediş-gəliş azadlığına məhdudiyyətlər qoyulmuşdur.

İnsan haqları mərkəzinin hesabatına görə, iyun ayında Sə`səə bin Sohan əl-Abdi ziyarətgahı vəhhabi əqidəli qanunsuz Xəlifə sülalə rejimi tərəfindən bağlanıb.

Bəhreynin “Vifaqe Milli İslami” cəmiyyəti və xalq bu türbənin bərpası və yenidən açılması üçün media kampaniyası başladıb.

Bəhreyn İnsan Haqları Mərkəzi Bəhreyndə siyasi məhbusların vəziyyətinin pisləşməsinə işarə edib və deyib: “Jo” və “Hoz əl-Cəf” həbsxanalarında iki il aclıq aksiyası keçirən bəhreynli “Abdul Cəlil Əl-Senkis”lə görüşlərin və zənglərin dayandırılması, habelə ona qarşı tibbi səhlənkarlıq da daxil olmaqla, xoşagəlməz hadisələrin şahidi olur.

Bu hesabatın davamında bildirilir ki, Co mərkəzi həbsxana rəhbərliyi 14 saylı binada məhbusları sıxışdırmaq üçün onları telfon əlaqələri saxlamaqdan və ailələri ilə görüşməkdən məhrum edib. Bu isə o deməkdir ki, Şeyx Mirzə Əl Mahrosun iki ardıcıl aclıq aksiyası keçirməsinə əhəmiyyət verilməməsidir.

Hesabatda həmçinin bildirilir ki, Co həbsxanasındakı məhbusların iztirabları davam edir, onların azadlıqları üçün aclıq aksiyaları keçirməsinə diqqət yetirilmir və hətta məhbuslar elementar hüquqlarını tələb etməyə belə qadir deyildilər.

Bəhreyn İnsan Haqları Mərkəzi BMT-yə üzv dövlətləri Bəhreyn hakimiyyətinə təzyiq göstərməyə çağırıb və Bəhreyndə işgəncə qurbanlarına və bu gün həbsxanalarda etiraf almaq üçün işgəncələrə məruz qalan minlərlə insanı dəstək verməklərini tələb edib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!