Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

9 iyul 2023

20:29:00
1378343

Şahçerağ (ə) hərəmində terror törədənlərdən 2 nəfəri edam edildi - həbs olunan Azərbaycan agetindən hələ xəbər yoxdur

Şirazın 9-cu xiyabanında Həzrət Şahçerağın (əleyhi səlam) müqəddəs hərəmində terror aktını törədənlərdən 2 nəfərinə edam hökmü icra edilib.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, şənbə günü, iyulun 8-də sübh vaxtı müqəddəs Şahçerağ (ə) ziyarətgahında 13 nəfərin şəhid olması, 25 nəfərin yaralanması ilə nəticələnən terror aktının günahkarlarından 2 nəfərin cəzalandırılmasına hökm oxunub. Əhmədi ziyarətgahının qulluqçuları və zəvvarları; Hüquqi rəsmiyyətlərdən keçdikdən sonra Şirazın 9-cu küçəsində ifa olunub.

Verilən məlumata görə, “İfsad fil ərz”ə- yer üzündə fəsad etməkliyə kömək etmək, tüğyankarlıq və ölkə təhlükəsizliyinə qarşı hərəkət etmək cinayətlərinə görə həbsdə olan Əfqanıstan vətəndaşları olan sələfi əqidəli Məhəmməd Ramiz Rəşidi və Seyid Nəim Haşim Qətali edam edilib.

Təqsirləndirilən şəxsin işinin prokurorluqda və məhkəmə mərhələsində təfərrüatlı araşdırılması prosesi qanun normalarına ciddi riayət olunmaqla və təqsirləndirilən şəxslərin vəkillərinin iştirakı ilə həyata keçirilib.

Keçən il oktyabrın 26-da Şahçırağa terror hücumu ilə bağlı Şiraz İslam İnqilab Məhkəməsinin Məhəmməd Ramiz Rəşidi və  Seyid Nəim Haşim Qətaliyə çıxardığı 15 fevral 2023-cü il tarixli hökm müttəhimlərin vəkillərinin etirazından sonra Ali Məhkəmədə dinlənilib və ölkənin Ali Məhkəmə Orqanında bu işə yenidən baxıldıqdan sonra hücumun planlaşdırılmasında və əsas terrorçuya dəstək verilməsində bilavasitə rolu olan bu 2 terrorçunun edam edilməsi ilə bağlı ilkin edam hökmü də ölkənin Ali Məhkəməsində də təsdiqlənib.

Ali Məhkəmə şöbəsinin kollegiyası cari ilin may ayının 24-də Şirazda, müqəddəs Şahçerağ (əleyhi səlam) ziyarətgahında baş vermiş terror hadisəsinin əsas səbəbkarlarından olan Məhəmməd Ramiz Rəşidi və Seyid Nəim Haşim Qətalinin vəkillərinin apellyasiya şikayətini təmin etməyib.

Ölkənin Ali Məhkəməsinin şöbəsi İslamın təhlükəsizlik sahəsində ən mühüm cinayət hökmləri, tuğyankarlıq, müharib və fitnə-fəsad törətmək hökmləri ilə bağlı Maidə surəsinin 33-cü və Hücrət surəsinin 9-cu ayələrinə əsaslanaraq adıçəkilən şəxslərin gördüyü işləri dünyadakı fitnə-fəsadların, mühariblərin və tuğyankarların bariz və aydın nümunələrindən olduqlarına dair qərar verib.

Sonda Şahçerağ (əleyhi səlam) ziyarətgahında onlarla günahsız insanın qətlə yetirilməsi və yaralanması ilə nəticələnən terror aktında bir-başa rolu olan bu 2 terrorçu Şirazida, 9-cu xiyabanda, yüzlərlə şəhid ailəsi, qazi və vətəndaşın gözləri qarşısında dar ağacından asılaraq 2023-cü il iyulun 17-də günəşin doğuşuna baxa bilmədilər.

2022-ci il oktyabrın 26-sı çərşənbə günü axşam saatlarında silahlı şəxs Həzrət Şahçerağ (əleyhi səlam) hərəminin zəvvarlarına və xidmətçilərinə hücum edərək onlara avtomat kalaşnikovdan atəş açıb. Fars əyaləti rəsmilərinin son açıqlamasına görə, hadisədə 13 nəfər şəhid olub, 30 nəfər yaralanıb.

Məlumata görə, bu terror aktını törədən ilk şəxs həbs olunmazdan əvvəl yaralanıb və o, xəstəxanaya aparıldıqdan sonra həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.

İŞİD-in təkfirçi qruplaşmasının öz üzərinə götürdüyü bu hərəkət milli və beynəlxalq səviyyədə qınaq dalğasına səbəb olub.

Xatırladaq ki, Seyyid İbrahim Rəisi Hökumətinin Kəşfiyyat-ETTELAAT Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi 2022-ci il, 7 noyabr, bazar ertəsi tarixində, Şirazın Şahçerağ ziyarətgahında baş vermiş silahlı hücumla bağlı ikinci açıqlamasını yayaraq Şahçerağ zəvvarlarına qarşı terror hücumun “hadisə yerinə, əməliyyata və dəstək verənə rəhbərlik edən, bütün agentləri müəyyən edib həbs etməklə” yanaşı, “analoji əməliyyatlar üçün ölkəyə daxil olmuş daha bir neçə xarici ölkə vətəndaşları olan agentləri” də həbs etdiyini açıqlamışdır.

ETTELAAT Nazirliyi ümumilikdə 26 nəfərin həbs olunduğunu, onların hamısı qeyri-iranlı Azərbaycan Respublikası, Pakistan və Əfqanıstan vətəndaşları olduğunu bildirmişdir.

ETTELAATIN verdiyi bəyanatında qeyd olunur ki, “ölkə daxilində əməliyyatları istiqamətləndirən və əlaqələndirən əsas element Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından Tehran Hava Limanına gələn və dərhal Azərbaycan Respublikasında əlaqələndirici ünsürə İrana keçdiyini bildirmişdir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!