Azərbaycan hər zaman İranla münasibətlərin müsbət müstəvidə inkişafında maraqlı olub. Son zamanlar iki ölkə arasında münasibətlərdə gərginliklər yarandı. Lakin İran xarici işlər naziri Hüseyin Əmir Abdullahianın Azərbaycana səfərini, Qoşulmama Hərəkatı nazirlər iclasında iştirakını, bu səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü çox müsbət qiymətləndiririk”, - deyə nazir bildirib.
Nazir qeyd edib ki, bu görüş əsasında bütün məsələləri və gərginliyə səbəb olan mövzuları da açıq şəkildə müzakirə etmək imkanları oldu.
Ceyhun Bayramov həmçinin qeyd edib ki Azərbaycan və İran arasında çoxsaylı iqtisadi sahədə layihələr var. Onların bəziləri icra olunur, bəziləri isə müzakirə olunur.
“Yaxın günlərdə Azərbaycan-İran hökümətlərarası kommisiyanın həmsədrlərinin görüşü planlaşdırılır. Həmun görüşdə nəqliyyat, energetika, su resurslarının birgə istifadə edilməsi və bir sıra digər istiqamətlərdə danışıqların aparılması üçün görüş keçiriləcək. Güman edirik ki, həmin görüşün də müsbət nəticələri olacaq”, - deyə nazir əlavə edib.
342/