Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
çərşənbə

5 iyul 2023

18:21:47
1377456

Azərbaycan Respublikasının Prezidenti: Erməni hərbiləri Qarabağdan tamamilə çıxmalıdır

Azərbaycan Respublikasının Prezidentindən tələb: Onlar Qarabağdan tamamilə çıxmalıdır

Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib.

 Azərbaycan KİV-in yaydığı məlumata əsasən bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı səsləndirib.

 “Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”, - deyən Azərbaycan Respublikası dövlətinin başçısı vurğulayıb ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməli və tərxis olunmalıdır.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası keçirilir. İclasda Qoşulmama Hərəkatına üzv ölkələrin təmsilçiləri iştirak edir. Tədbir iyulun 6-dək davam edəcək.

342/