Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

15 iyun 2023

17:15:00
1373325

Venesuelanın “Telesur” adlı televiziya kanalı ilə müsahibədə

İİR Prezidentinin həyat yoldaşı Cəmilə Ələmulhuda: Mənim dərs dediyim universitet ağaclarının ömrü Amerikanın ömründən çoxdur

Xanım Ələmulhuda: “Bilirsiniz ki, həmişə hər bir mədəniyyəti qoruyan ailədir. Ölkəmiz, İran, müxtəlif əsrlərdə bir çox işğalçıların hücumlarına məruz qalıb. Malik olduğu çox xas strateji mövqeyə görə daim müxtəlif ölkələrin o cümlədən romalıların, monqolların, ərəblərin və s. ölkələrin işğalçı siyasətləri ilə üzləşib. Amma buna baxmayaraq, heç bir kəs torpaqlarımızı işğal etdikdə belə bizim ailə prinsiplərini qoruyan qədim mədəniyyətimizi, dilimiz və adət-ənənələrimizi dəyişə bilməyibdir.”

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikasının Prezidentinin həyat yoldaşı Venesuela televiziyası ilə müsahibədə deyib: “İran mədəniyyəti və sivilizasiyası uzun keçmişə malikdir və Amerikanın meydana gəlməsinin yaşı ilə müqayisəediləsi deyildir.”

Xanım Cəmilə Ələmulhuda Venesuelanın “Telesur” adlı televiziya kanalı ilə müsahibədə Qərbin media imkanları ilə gerçəkliyi dəyişdirmək kimi azğın işlərinə işarə edərək deyib: “Media diktatoru bütün dünyada, xüsusən də İranda, ailələri məhv etməyə çalışır. Bilirsiniz ki, biz bir neçə minillik sivilizasiyaya malikik. Amerikanın yaşı, mənim işlədiyim universitetdəki ağacların yaşından belə azdır. Elə buna görədir ki, Amerikanın etdiyi bütün cəhdlərə iranlıların gülməyi gəlir.”

Xanım Ələmulhuda sonra deyib: “Bilirsiniz ki, həmişə hər bir mədəniyyəti qoruyan ailədir. Ölkəmiz, İran, müxtəlif əsrlərdə bir çox işğalçıların hücumlarına məruz qalıb. Malik olduğu çox xas strateji mövqeyə görə daim müxtəlif ölkələrin o cümlədən romalıların, monqolların, ərəblərin və s. ölkələrin işğalçı siyasətləri ilə üzləşib. Amma buna baxmayaraq, heç bir kəs torpaqlarımızı işğal etdikdə belə bizim ailə prinsiplərini qoruyan qədim mədəniyyətimizi, dilimiz və adət-ənənələrimizi dəyişə bilməyibdir.”

İran İslam Rspublikası Prezidentinin həyat yoldaşı xanım Cəmilə Ələmulhuda əlavə ediblər: “Venesuelalı qadınların xeyli ziyalı olduqlarını gördükdə, çox sevindim. Onlar ziyalı olduqları halda, ailəyə də əhəmiyyət verirlər. Bu, məncə, çox-çox mühüm ortaq cəhətdir. Qadınların hüquqlarının tərəfdarı olan təfəkkür cərəyanları ailəyə çox əhəmiyyət vermirlər. Daha çox ailədaxili zorakılıqlar barədə bəhs edilir, halbuki evdən kənarda qadınlara qarşı mütəşəkkil zorakılıqlar son dərəcə kəskindir...”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!