Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

7 may 2023

15:11:00
1363548

Marneoli şəhərinin İmam Cüməsi ABNA ilə eksklüziv söhbətində; Şiə gənclərinə diqqət yetirmək, İslamın təbliğinə zəmanət verməkdir

Gürcüstanın müsəlman əhalisini əsasən azərilər təşkil edir, onların təxminən yarısı, yəni Gürcüstan əhalisinin 10%-i Pak və Məsum Əhli-beyt (əleyhimus səlam) dininə və On İki İmam şiəliyinə etiqad edirlər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Gürcüstanın Marneoli şəhərinin İmam Cüməsi cənab Hacı Hacıyev “ABNA Xəbər Agentliyi” ilə qısa eksklüziv söhbətində bildirib:

““Marneoli” Gürcüstanın Komo Kartli əyalətində şəhərdir ki, bu şəhərin əhalisinin 83%-dən çoxu Gürcüstan azərbaycanlılarıdır, onların əksəriyyəti şiədir. Marneoli Tbilisidən 35 km aralıda yerləşir və Gürcüstanda şiələrin paytaxtı adlanır.”

O, dini təlimlərin keyfiyyət və kəmiyyət cəhətdən təkmilləşdirilməsi üçün şiə və müsəlman universitet və orta məktəb gənclərinə diqqət yetirməyi zəruri hesab edib.

Cənab Hacı Hacıyev Marneoli şəhərinin mədəni və dini şəxsiyyətlərinin fəaliyyətinə təşəkkür və təqdir edərək əlavə edib:

“Gürcüstanda dini qurumlar və din xadimləri tərəfindən həyata keçirilən bütün məqbul fəaliyyətlərlə yanaşı bu şiə bölgəsində mövcud imkanlara diqqət yetirmək və cəmiyyətin, xüsusilə də gənclərin düzgün dini maarifləndirilməsi üçün onlardan səmərəli istifadə etmək zəruridir.”

Təxminən 400.000 nəfər əhalisi olan Gürcüstan müsəlmanları bu pravoslav xristian ölkəsində ən böyük dini azlığı təşkil edir. Belə ki, bu əhalinin təxminən 20%-ni əhatə edir.

Müsəlman əhalisini əsasən azərilər təşkil edir, onların təxminən yarısı, yəni Gürcüstan əhalisinin 10%-i Pak və Məsum Əhli-beyt (əleyhimus səlam) dininə və On İki İmam şiəliyinə etiqad edirlər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!