1 may 2023 - 12:30
Mürtəd İlham Əliyev rejimi “narko-baron” və “İran casusu” ittihamları ilə daha 16 Şiə Ruhanisi və dindarını həbs etdi - Foto - Video

Həm Azərbaycan daxilində həm də Azərbaycan hüdudlarından kənara narkotikin alqı-satqısı və transferini qızları Arzu və Leyla əliyevaların inhisarında saxlayan İ.Əliyev Azərbaycanın Şiə xalqına, Ruhanilərinə, İmam Zaman (ə) həzrətləri və Onun Naiblərinə bir daha həqarət edərək onları “narkotik maddələrinin alqı-satqısı ilə məşğul olmaqda və bu çirkin yolla əldə edilən pul vəsaiti ilə dini radikalizmi təbliğ etməkdə” ŞƏRLƏYƏYİB.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, narkoman əliyevlər sülalə rejiminin İFTİRALARI və ANTİ-ŞİƏ siyasətləri səngimir...

Belə ki, həm Azərbaycan daxilində həm də Azərbaycan hüdudlarından kənara narkotikin alqı-satqısı və transferini qızları Arzu və Leyla əliyevaların inhisarında saxlayan İlham Əliyev Azərbaycanın Şiə xalqına, Ruhanilərinə, İmam Zaman (Allah Təala Onun Zühürünü Tezləşdirsin) həzrətləri və Onun qərar verdiyi Ümumi Naiblərinə bir daha həqarət edərək onları “narkotik maddələrinin alqı-satqısı ilə məşğul olmaqda və bu çirkin yolla əldə edilən pul vəsaiti ilə dini radikalizmi təbliğ etməkdə” ŞƏRLƏYƏRƏK, bu həyasız ittihamları özünə bağlı medialarda yayımlağa başlayıb.

Əliyevlər sülalə rejiminə bağlı olan APA saytı ANTİ-ŞİƏ əliyevlər rejiminin gülünc və eyni zamanda təhqiredici iddialarını bu günkü paylaşımında belə qeyd edir:

“Narkotik vasitələrin satışından maliyyələşərək Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətə cəlb edilən şəxslər polis əməkdaşları tərəfindən həbs edilib.

Polis əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı 16 nəfər tutularaq istintaqa təhvil verilib.

Saxlanılan şəxslər dini anlayışı olmayan narkotik aludəçilərini başqa-başqa şəxslərin əli ilə yardım adı altında əməkdaşlığa cəlb edərək narkotik vasitələrin satışını təşkil etməklə “kərimə dövlət”inin əlaqələrini dərinləşdirməyə çalışıblar.

Əsasən İrandan idarə edilən dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub.

Polis tərəfindən ifşa olunan növbəti şəbəkə üzvlərinin əlaqələri, onların pozuculuq fəaliyyəti haqqında sosial şəbəkə hesablarında xeyli inkarolunmaz faktlar var.

Həmin şəxslər radikal əməllərini heç vaxt inkar etməyiblər, vətəndaşı olduqları ölkənin qanunlarına yox, özlərinə lider hesab etdikləri “ağanın qaydaları”na uyğun həyat tərzi sürüblər.

Saxlanılan şəxslər aşağıdakılardır:

S. Məmmədov

R. Rüstəmov

Ə. Əsədullayev

C. Balaşov

V. Pünhanəliyev

V. Fərzəliyev

T. Qasımov

T. Mirişov

M. Mamedov

M. Əhmədov

İ. Həsənov

Ə. Firudunbəyli

M. Fətəliyev

M. Rzayev

Ş. Süleymanov

A. Əliyev

APA həmin şəxslərin fotolarını təqdim edir.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!