Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

29 aprel 2023

19:15:00
1361420

Əliyevlər rejimi Rusiyanı qaz bazarından kənarlaşdırmağa çalışır

SOCAR qaz hasilatını 15% artırmaqla Rusiyanın qaz bazarlarını ələ keçirtməyə səy göstərir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Əliyevlər rejimi Rusiyanı qaz bazarından kənarlaşdırmağa çalışır. Belə ki, cari ilin birinci rübündə SOCAR tərəfindən 20 min metrə yaxın qazma işləri həyata keçirilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6% çoxdur.

SOCAR-dan bildirilən məlumata görə, hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan çox neft, 2,2 milyard kubmetrdən çox qaz hasil olunub. Neft hasilatı nisbətən sabit qalsa da qaz hasilatında əvvəlki illə müqayisədə 15% artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 7,7 milyon tondan çox neft və 12,2 milyard kubmetrə yaxın qaz hasil edilib. Ümumilikdə ölkə üzrə qaz hasilatı 3% artıb.

Hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,6 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə 581 milyon kubmetr təbii qaz ixrac olunub. SOCAR-ın dünya bazarına ixrac etdiyi neft həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 13,2% artıb. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edir. Ümumilikdə isə ölkə üzrə 6,4 milyon tondan8 çox neft, 6,3 milyard kub metrdən9 çox qaz ixrac edilib. Ölkə üzrə qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 7,6 % artım qeydə alınıb.

Şirkətin Azərbaycandakı emal kompleksində 1,7 milyon tona10 yaxın neft, 892 milyon kubmetrdən11 çox təbii qaz emal olunub. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4% artıb. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 478,1 min ton12 neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı 4,8 milyard kub metr13 təşkil edib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!