Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

29 aprel 2023

11:21:23
1361238

Fransa XİN başçıs: “Dağlıq Qarabağ” nümayəndələri ilə danışıqlar üçün şərait yaradılmalıdır”

Fransa XİN başçısı: “Dağlıq Qarabağ” nümayəndələri ilə danışıqlar üçün əlverişli şərait yaradılmalıdır”

"Dağlıq Qarabağ nümayəndələri və Azərbaycan hakimiyyəti arasında beynəlxalq ictimaiyyətin dəstəyi ilə əhalinin hüquq və zəmanətlərinin məzmununa dair danışıqlar başlamasını istəyirik. Bu, o deməkdir ki, bu danışıqlar üçün əlverişli şərait yaradılmalıdır, həmçinin Laçın dəhlizindən sərbəst hərəkət bərpa edilməlidir". Bu barədə Ermənistanda səfərdə olan Fransanın XİN başçısı Katrin Kolonna Armenpress-ə müsahibəsində bildirib.

"Fransa Dağlıq Qarabağın erməni əhalisinin öz tarixini, irsini və mədəniyyətini qoruyub saxlayaraq, orada təhlükəsiz yaşamağa davam edə bilməsini təmin edəcək istənilən qərarı dəstəkləyəcək. Bu, onun toxunulmaz hüququdur", deyə o qeyd edib.

SəhərAzəri-nin məlumatına görə, Kolonna həmçinin Parisin Bakının Laçın dəhlizindən maneəsiz hərəkəti təmin etməli olduğu və Beynəlxalq Məhkəmənin bu haqda qərarının icrasının məcburi olduğu haqqında fikrini təkrar edib.

Bu gün Fransa XİN başçısı Ermənistan SQ baş qərargah rəisinin müşaiyəti ilə Cermuk şəhərinə, 2022-ci ilin sentyabrında döyüşlərin baş verdiyi yerə gəlib.

Bundan başqa, Kolonna Ermənistan-Azərbaycan sərhədində Aİ müşahidəçilər missiyasının fəaliyyəti ilə tanış olub.

342/