Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : APA
cümə axşamı

27 aprel 2023

09:38:00
1360890

Armen Qriqoryan: Ermənistan yeni təhlükəsizlik zəmanətləri axtarışındadır

Qriqoryan: Ermənistan çox çətin vəziyyətdədir, bizi qorumalı olan təhlükəsizlik mexanizmləri işləmir...

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ermənistan çox çətin vəziyyətdədir, bizi qorumalı olan təhlükəsizlik mexanizmləri işləmir. İndi Ermənistan yeni təhlükəsizlik zəmanətləri axtarışındadır.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

“Bizi Qərbə yönəlməkdə ittiham edirlər, lakin biz Hindistanla da intensiv əməkdaşlıq edirik. Biz təhlükəsizlik problemlərimizi həll etmək baxımından müxtəlif sahələrdə əməkdaşlıq edirik”, - Qriqoryan bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilməyəcəyini bəyan etmir.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!