Əhli-Beyt
(əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, bu gün
erməni mediası Rusiyanın Qarabağda müvvəqəti yerləşdirilən rus sülhməramlılarının
komandanı Andrey Volkovu geri çağıraraq onu başqa bir şəxslə əvəz etmək qərarına
gəldiyini yazıb. Artıq yeni
komandanın kimliyi də məlum olub.
Trend bu barədə çərşənbə axşamı erməni mediasına istinadən xəbər verir ki, general-polkovnik Aleksandr Lentsov Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı təyin edilib.
Qeyd edək ki, məlumatda Andrey Volkovun artıq getməyə hazırlaşdığı, yeni komandanın artıq yolda olduğu və yaxın günlərdə gələcəyi deyilir.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!