Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

24 aprel 2023

21:23:57
1360256

Azərbaycan Laçın - Xankəndi yolunda post qurdu

Azərbaycan tərəfi Qarabağ ermənilərinə qarşı blokadanı şiddətləndirərək Laçın - Xankəndi yolunda post qurub.

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayaraq bildirib ki, Ermənistan ərazisindən Qarabağ üçün silah-sursat daşınmasının qarşısının alınması məqsədilə Azərbaycanın Ermənistanla sərhəddində, yeni çəkilmiş Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Bu nəzarət buraxılış məntəqəsinin yaradılması Azərbaycana Qarabağ üzərində nəzarətini artırmaq istiqamətində üstünlük vermiş olacaq. Belə ki, Ermənistanın ərazisindən Qarabağ gətirilən bütün yüklər yoxlamadan keçəcək.

Deyildiyinə görə sərhəd-buraxılış məntəqəsinin qurulması Rusiyanın icazəsi ilə baş tutub.

342/