Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

16 aprel 2023

19:30:21
1358622

Babayan: Ermənistan tərəfi heç vaxt “Artsaxı” Azərbaycanın bir hissəsi kimi tanımayıb

Qondarma Dağlıq Qarabağ Respublikasının dırnaqarası prezidentinin müşaviri, separatçı rejimin keçmiş xarici işlər naziri David Babayan deyib ki, Ermənistan tərəfi heç vaxt heç bir sənədlə Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayıb.

Babayan deyib: “Biz 1988-ci ildə Azərbaycandan ayrıldıq və Ermənistan bu faktı bütün dünya kimi dəfələrlə qəbul edib. Minsk qrupu var, Artsax tərəf kimi tanınıb”.

Onun sözlərinə görə, hər şeyə rəğmən, rəsmi İrəvan öz vəzifəsinin tələb etdiyi kimi hərəkət etməlidir, yəni Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmamalıdır, çünki Qarabağ erməniləri öz müqəddəratlarını çoxdan təyin edib və seçimini edibdir.

342/