Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

15 aprel 2023

21:17:30
1358357

Azərbaycanlı əsirlər qaytarıldı

Ermənistandakı mənbələr xəbər verirlər ki, əsir götürülən Azərbaycan hərbçiləri bu ölkənin Milli Təhlükəsizlik Xidmətinə (MTX) təhvil verilib.

 Bildirilir ki, aprelin 10-da saxlanılan daha bir azərbaycanlı da MTX-dədir. Lakin Milli Təhlükəsizlik Xidməti onun haqqında susur, Ermənistana daxil olan azərbaycanlılarla bağlı heç bir məlumat dərc etmir.

Aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən iki hərbi qulluqçusunun yolu itirərək azması haqda məlumat yaymışıdı.

342/