15 aprel 2023 - 10:30
Bakı rejimi və İİR XİN rəhbərləri regional məsələləri müzakirə edib

Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, 14 aprel tarixində əliyevlər sülalə rejimin xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon danışığı aparıblar.

Danışıqlar zamanı XİN rəhbərləri əliyevlər sülalə rejimi ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərdə mövcud gərginliyi müzakirə ediblər.

Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.

Nazirlər eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!