Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

6 aprel 2023

09:40:00
1356442

İnquşetiyada antiterror əməliyyatında 3 polis həlak olub, 8-i yaralanıb

Hüquq-mühafizə orqanları: Malqobek regionunda anti-terror əməliyyatı rejimi hələ də götürülməyib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İnquşetiyanın Malqobek rayonunda keçirilən antiterror əməliyyatı zamanı 3 polis əməkdaşı həlak olub, 8 nəfər yaralanıb.

RİA Novosti xəbər verir ki, toqquşma zamanı 3 polis əməkdaşı həlak olub, daha səkkiz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə öldürülmüş silahlıların sayı barədə məlumat verməyib və qeyd edib ki, Malqobek regionunda anti-terror əməliyyatı rejimi hələ də götürülməyib.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!