Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

4 aprel 2023

14:04:44
1356177

Ermənistanın XİN rəhbəri Azərbaycanı ittiham etdi

Mirzoyan: Bakı Üçtərəfli Bəyanatın bütün müddəalarını pozub

Ermənistanın xarici işlər naziri bəyan edib ki, Üçtərəfli Bəyanatın demək olar bütün müddəaları Azərbaycan tərəfindən pozulubdur.

Bu barədə Ararat Mirzoyan Rumıniyanın xarici işlər naziri ilə görüşdən sonra verdiyi açıqlamada bildirib.

“Mən həmkarıma həm Ermənistan Respublikasının, həm də Dağlıq Qarabağ xalqının üzləşdiyi təhlükələr barədə məlumat verdim. Təəssüflər olsun ki, 2022-ci ilin dekabr ayından Laçın dəhlizinin bağlanması, hədə-qorxu gəlməsi, eləcə də Azərbaycanın digər əməlləri Dağlıq Qarabağın erməni əhalisini öz evlərini tərk etməyə məcbur etmək məqsədi daşıyır”, - deyə Ermənistanın XİN başçısı vurğulayıb.

O qeyd edib ki, sistemli etnik təmizləmə siyasəti Azərbaycanın beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi məsələsini həll etmək çağırışlarına cavabıdır. Bununla əlaqədar Laçın dəhlizinin qanunsuz bağlanması 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın yeganə açıq şəkildə pozulması faktı deyil. Bəyanatda Azərbaycan tərəfindən pozulmayan müddəa demək olar ki, yoxdur. Azərbaycan erməni hərbi əsirləri davamlı olaraq girov kimi saxlamaqla, habelə Ermənistanın suveren ərazisindən dəhliz yaradılmasını tələb etməklə bəyanatın şərtlərini pozmaqda davam edir.

Mirzoyan vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, Ermənistan Azərbaycanla dialoqu davam etdirir, və Ermənistanın regionda sülh və sabitliyə nail olmaq üçün güclü siyasi iradəsi var.

342/