3 aprel 2023 - 20:56
Azərbaycan XİN mina tələfatını açıqladı

2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb

Azərbaycanda müharibədən sonra minaya düşüb ölən və yaralanan şəxslərin sayı açıqlanıb.

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində bildirilir ki, “2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatınıı itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir”.

Xatırladaq ki, Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.

342/