Əhli-Beyt
(əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Rusiya
pilotları və tankçıları Ermənistanda hərbi təlimlər keçirib.
“Sputnik Armenia” portalının məlumatına görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib.
Mətbuat xidmətin dediyinə əsasən, MiQ-29 qırıcı təyyarə ekipajları təlim uçuşları çərçivəsində müasir hava döyüşlərinin aparılması üsullarını məşq ediblər.
Həmçinin qeyd olunub ki, Cənub Hərbi Dairəsinin tankçıları Alagəz dağlıq poliqonunda motoatıcı hərbi birləşmələrə atəş dəstəyi verib.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!