29 mart 2023 - 11:32
Lavrovun müavini: KTMT missiyasını Ermənistan-Azərbaycan sərhədində yerləşdirməyə hazırıq

Mixail Qaluzin: “KTMT çərçivəsində İrəvanla qarşılıqlı fəaliyyətin bütün məsələləri, o cümlədən təşkilatın Ermənistan ərazisində müşahidə missiyasının yerləşdirilməsi konstruktiv və qarşılıqlı faydalı əsasda həll olunacaq.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI -yə müsahibəsində Ermənistanın KTMT ilə münasibətlərinə dair suala cavabında bildirib: “Moskva "Kim hardan çıxır?" mövzusunda zərərli müzakirələrin bitəcəyinə ümid edir.”

Mixail Qaluzin qeyd edib ki, KTMT çərçivəsində İrəvanla qarşılıqlı fəaliyyətin bütün məsələləri, o cümlədən təşkilatın Ermənistan ərazisində müşahidə missiyasının yerləşdirilməsi konstruktiv və qarşılıqlı faydalı əsasda həll olunacaq.

"Ermənistan tərəfinin narahatlıqları KTMT-də mövcud olan qarşılıqlı fəaliyyət formatları çərçivəsində - Daimi Şuranın iclaslarından tutmuş Kollektiv Təhlükəsizlik Şurasına qədər müzakirə olunur. Biz öz tərəfimizdən KTMT-nin missiyasını Ermənistan-Azərbaycan sərhədində yerləşdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik", - rusiyalı diplomat vurğulayıb.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!