29 mart 2023 - 09:40
Sionist rejim XİN rəhbəri: İsrail və Azərbaycan İrana qarşı müharibə etməlidir

Sülalə rejiminə bağlı medianın məlumatına görə, əliyevlər sülalə rejimini vasitəsi ilə İran İslam Respublikasının elm və iş adamlarına, habelə ziyarətgahlarda adi vətəndaşlara qarşı dəfələrlə terror hadisələri həyata keçirən və casusluq şəbəkələri yaradan, Fələstin torpaqlarını işğal etmiş satanist İsrail rejiminin xarici işlər naziri deyib: “...Biz İrana qarşı birgə hərəkət etməliyik...”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, bəşəriyyətin bir nömrəli düşməni olan Dəccal İsrail rejiminin qeyri-leqal xarici işlər naziri Eli Kohen cinayətkar əliyevlər rejiminin marionet XİN-i Ceyhun Bayramovla görüşdən sonra mətbuat konfransında birgə bəyanatla çıxışı zamanı Azərbaycan xalqını İslam Hakimiyyətinə qarşı müharibəyə sövq etmək məqsədi ilə deyib:

“İran regional təhdiddir.”

Bunu cinayətkar əliyevlər sülalə rejiminə bağlı APA agentliyinin işğalçı İsrail rejiminə ezam olunmuş əməkdaşı xəbər verib.

Sülalə rejiminə bağlı medianın məlumatına görə, əliyevlər sülalə rejimini vasitəsi ilə İran İslam Respublikasının elm və iş adamlarına, habelə ziyarətgahlarda adi vətəndaşlara qarşı dəfələrlə terror hadisələri həyata keçirən və casusluq şəbəkələri yaradan, Fələstin torpaqlarını işğal etmiş satanist İsrail rejiminin xarici işlər naziri deyib:

“Azərbaycan və İsrail İranın təhdidi ilə bağlı narahatlığı bölüşməlidir. İran regionumuzu təhdid edir, terrora dəstək verməklə, maliyyələşdirməklə Qərbi Asiyada qeyri-stabillik yaradır. Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik”.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!