Əhli-Beyt
(əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, 27 mart
tarixində faşist İsrail rejiminin Əliyevlər sülalə rejimindəki qondarma səfirliyi
məhkəmə islahatları ilə əlaqədar ümummilli tətilə qoşulub.
Bu barədə cinayətkar əliyevllər sülalə rejiminə bağlı APA xəbər portalına işğalçı İsrail rejiminin əliyevlər rejimindəki qondarma səfirliyindən məlumat verilib.
Bildirilib ki, İsrail səfirliyi və konsulluğu növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq işləməyəcək.
Qeyd edək ki, ötən gün sionist İsrail rejiminin qondarma səfirliklərinə qanunsuz baş nazir Benyamin Netanyahunun məhkəmə sistemi ilə bağlı islahatlarına qarşı tətilə qoşulmaq çağırışı edilib.
Qeyd edək ki, bu çağırış uşaq qatili İsrail rejiminin ən böyük Həmkarları İttifaqı – “Histadrut”un məktubunda yer alıb.
Məktubda Xarici İşlər Nazirliyinin ölkədəki və xaricdəki fəaliyyətlərinin fövqəladə xidmətlərlə məhdudlaşacağı bildirilib.
Artıq qaniçən sionist İsrail rejiminin müxtəlif ölkələrdəki səfirlikləri ümummilli tətilə qoşulduqlarını sosial media hesablarından bəyan ediblər.
“Bu gün (27 mart 2023 tarixində) İsrailin ən böyük həmkarlar ittifaqı olan “Histadrut” bütün dövlət işçilərinə, o cümlədən İsrailin dünyadakı diplomatik nümayəndəliklərində tətil elan etməyi tapşırıb. İsrail səfirliyi bu gün növbəti xəbərdarlığa qədər bağlı olacaq və heç bir konsulluq xidməti göstərilməyəcək", - işğalçı sionist rejiminin ABŞ-dakı səfirliyin mətbuat katibi Elad Strohmayer paylaşımında bildirib.
Qanunsuz İsrail rejiminin İtaliyadakı səfirliyinin sözçüsü Smadar Şapiura da ötən gün səfirliyin və konsulluğun bağlı olacağını "Twitter" hesabında bildirib.
Faşist İsrail rejiminin Cənubi Afrika Respublikası, Belçikada, Estoniya və Finlandiyadakı səfirlikləri də ötən gün bağlı olacaqları barədə açıqlama yayıblar.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!