Əhli-Beyt
(əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti
Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı
olub.
Bu barədə Şarl Mişel "Twitter" hesabında bildirib.
"Biz regionda son vəziyyəti müzakirə etdik. Aİ-nin bu ölkələr (Azərbaycan və Ermənistan - red.) arasında normallaşma prosesini, regionda sülh və sabitliyin inkişafına kömək etməyə hazır olduğunu vurğuladım", - Şarl Mişel qeyd edib.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!