Əhli-Beyt
(əleyhimus səlam) – Xəbər Agentliyi ABNA: Sabah 15 şaban, Allah Təalanın yer üzərində
bütün aləmlərə xəlq etdiyi 12-ci Xəlifəsi Həzrət İmam Mehdinin (əccələllahu fərəcəhu
şərif) səadətli viladətinin ildönümü günüdür.
Həzrət Sahib Zaman, Mehdi (əccələllahu fərəcəhu şərif) 255-ci hicri qəməri ili şaban ayının 15-də dünyaya göz açdı.
İmam Zamanın (əccələllahu fərəcəhu şərif) əziz atası 11-ci imam Həzrət İmam Həsən Əsgəri (əleyhi səlam), anası isə əziz xanım Nərgis (əleyha səlam) idi.
Həzrət Mehdinin (əccələllahu fərəcəhu şərif) iki qeybə çəkilmək dövrü olmuşdur. Birincisi qısamüddətli, ikincisi isə uzunmüddətli. Birincisi dünyaya gəldiyi vaxtdan xüsusi naiblik dövrünün sonuna qədər davam edib. İkincisi isə həmin andan başlanıb və zühur edəcəyi zamana qədər davam edəcək.
Həzrət İmam Mehdinin (əccələllahu fərəcəhu şərif) səadətli viladətinin ildönümü gecəsi və günündə İslami İranın xalqı dini məkanlarda olaraq müxtəlif şənliklər keçirir və əsrin imamına öz sevgilərini bəyan edirlər.
Şirni və şərbət paylamaq, mövludxanlıq mərasimləri keçirmək, mədhiyyəçilik İranın müsəlman xalqının Həzrət İmam Mehdinin (əccələllahu fərəcəhu şərif) səadətli viladətinin gecəsi və gününün əsas proqramlarındandır.
Nimeyi şəban yəni şəban ayının ortası kimi də adlanan İmam zamanın(əccələllahu fərəcəhu şərif) mövludu günü müqəddəs Məşhəd və Qum şəhərlərində özünəməxus coşqu ilə qeyd olunur.
Biz ABNA redaksiyası olaraq bəşəriyyət aləminin yeganə xilaskarı, Həzrət İmam Mehdinin (əccələllahu fərəcəhu şərif) səadətli viladətinin gəlib çatması münasibəti ilə bütün müsəlmanları eləcə də ədalətsevər insanları təbrik edir.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!