Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

4 mart 2023

20:17:21
1350574

Paşinyan Almaniya parlamentində Azərbaycanı ittiham etdi

“Bakı Ermənistana qarşı irimiqyaslı hərbi hücuma hazırlaşır”

 Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniya Federativ Respublikasının parlamentariləri ilə görüşdə Azərbaycanın irimiqyaslı hücuma hazırlaşdığını iddia edib.

Paşinyan deyib: “Vəziyyət gərgin olaraq qalır. Bu, ilk növbədə, Azərbaycanın Laçın dəhlizini davamlı olaraq blokadaya alması ilə bağlıdır. Təəssüf ki, Beynəlxalq Məhkəmənin qərarına baxmayaraq, Azərbaycan hələ də Laçın dəhlizini açmayıb. Halbuki məhkəmənin qərarı hüquqi qüvvəyə malikdir. Hesab edirəm ki, bu, beynəlxalq səviyyədə müzakirə edilməli bir vəziyyətdir, çünki Beynəlxalq Ədalət Məhkəməsinin qərarını reaksiyasız qoymaq yolverilməzdir”.

Onun sözlərin görə, Azərbaycanın məqsədi Dağlıq Qarabağda etnik təmizləmə aparmaq və erməniləri oradan təmizləməkdir. Azərbaycan prezidenti Əliyevin də son bəyanatı bunu sübut edir. “Əliyev deyib ki, Laçın dəhlizi Qarabağı tərk etmək istəyən ermənilər üçün açıqdır, məncə, bu, avtomatik olaraq Dağlıq Qarabağda yaşayan ermənilər üçün mesajdır. Azərbaycanın hərəkətlərinin əsas səbəbi də budur. Narahatlıqlar var ki, bu, Dağlıq Qarabağda, bəlkə də Ermənistan-Azərbaycan sərhədində də qarşıdurmanın yalnız başlanğıcıdır, çünki Azərbaycan aqressiv fikirlərini, aqressiv ritorikasını ifadə etməkdə davam edir”, - deyə Nikol Paşinyan söyləyib.

342/