Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

19 noyabr 2022

16:54:43
1324697

Rusiya Ukraynanı hərbi cinayətlər törətməkdə ittiham edib

Rusiya Müdafiə Nazirliyi cümə günü Kiyevi hərbi cinayətlər törətməkdə ittiham edib və Qərbin Ukraynanın cinayətlərinə biganə yanaşdığını bildirib.

Rusiya Müdafiə Nazirliyi 10-dan çox rus hərbi əsirin Ukrayna tərəfindən edam edildiyini bildirib və Kiyevi hərbi cinayətlər törətməkdə etihham edib, hansı ki, Moskvanın dediyini görə, Qərb onu görməməzlikdən gəlir. 

Rusiya Müdafiə Nazirliyi bu xəbəri elan etmək üçün sosial şəbəkələrdə yerləşdirilən rusiyalı hərbi əsirlərin edamını əks etdirən videoya istinad edib.

Müdafiə Nazirliyi bildirib ki, Rusiya hərbi əsirlərinin vəhşicəsinə öldürülməsi ilk və yeganə hərbi cinayət deyil. Bu, Ukrayna Silahlı Qüvvələrində adi bir təcrübədir ki, Kiyev rejimi tərəfindən fəal şəkildə dəstəklənir və onun Qərb himayədarları da açıq-aşkar buna məhəl qoymurlar. 

Bu elə bir haldadır ki, Ukrayna dəfələrlə Rusiyanı hərbi cinayətlər törətməkdə ittiham edib, Moskva isə bu iddianı təkzib edib.

342/