Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Todayonline
çərşənbə

16 mart 2022

20:28:33
1239991

İngiltərə İran İslam Respublikasına olan TARİXİ BORCUNU ödədi

Qeyd edək ki, 393,8 milyon funt sterlinq həcmindəki borc IMS şirkətilə İslam İnqilabından əvvəlki İran şah rejimi arasında imzalanmış müqavilə nəticəsində yaranmışdır. İslam İnqilabı Qələbə qazandıqdan sonra İngiltərə borcunu qaytarmaqdan 44 il idi ki boyun qaçırırdı.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İngiltərə Xarici İşlər Naziri Liz Trass çərşənbə günü verdiyi açıqlamada Birləşmiş Krallığın İrana olan tarixi borcunu ödədiyini bildirib.

“IMS-in (International Military Services Limited) borcu Britaniya qanunvericiliyi, beynəlxalq hüquq və bütün qanuni öhdəliklərə tam uyğun olaraq ödənilib.” - deyə nazir bildirib.

Qeyd edək ki, 393,8 milyon funt sterlinq həcmindəki borc IMS şirkətilə İslam İnqilabından əvvəlki İran şah rejimi arasında imzalanmış müqavilə nəticəsində yaranıb. İran tərəfinin ödənişinə baxmayaraq, İslam İnqilabından sonra Britaniya şirkəti müqaviləni yerinə yetirməkdən imtina edib. Krallığın məhkəmələri və Beynəlxalq Arbitraj Məhkəməsi (ICC) borcun İran İslam Hökumətinə ödənilməli olduğunu təsdiqləyib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!