Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

13 fevral 2022

18:47:28
1229272

Qərb demokratiyasının təzahürü / Erik Zemmour: Hicabı qadağan edəcəyəm, məscidləri bağlayacağam!

Economist: “...Zemmour fransa əsilli yəhudidir, o, İslam əleyhinə olmaqla yanaşı, həm də anti-qadındır və daim ekstremist və radikal mövqe nümayiş etdirir. O, daha əvvəl demişdi ki, Fransada “Məhəmməd” kimi adlar qadağan edilməlidir...”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Fransa prezidentliyinə namizəd Erik Zemmour fransa medialarına verdiyi müsahibədə İslama və müsəlmanlara qarşı ekstremist mövqeyi ilə bağlı islamofobik çıxışında deyib ki, Fransa prezidenti olarsa, Fransadan azan səsi daha eşidilməyəcək, çünki onun bu səsdən xoşu gəlmir.

Sputnik-in məlumatına görə, Fransa prezidentliyinə namizəd fransız ekstremistlərinin səsini cəlb etmək üçün müsəlman adətlərinə hücum edərək deyib: “Fransa kilsələr üçün qalmalıdır, hicabı qadağan edəcəyəm, azanı dayandıracağam və böyük məscidləri bağlayacağam. Heç bir müəzzinin səsini eşitmək istəmirəm, Fransa məscidlərindən azan səsləndirmək Fransanın müsəlmanlar fəthi deməkdir.”

İngiltərənin Economist jurnalı Fransa prezidentliyinə namizədi fransanın Trampı adlandırıb və onunla bağlı yazıb ki, Zemmour fransa əsilli yəhudidir, o, İslam əleyhinə olmaqla yanaşı, həm də anti-qadındır və daim ekstremist və radikal mövqe nümayiş etdirir. O, daha əvvəl demişdi ki, Fransada “Məhəmməd” kimi adlar qadağan edilməlidir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!