Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

18 sentyabr 2021

14:53:46
1181050

Olimpiya və Paralimpiya yarışlarının medalçılarının görüşündə;

İmam Xamenei: Bu yarışmalarda İranlı idmançı qadınlar, sübut etdilər ki, İslami hicab parlamağın qarşısını alan maneə deyildir.

İslam İnqilabının Ali Rəhbəri: Sizin qəhrəmanlıq mesajınız ümid, şənlik və ağlasığmaz işlər görmək imkanıdır.

“İdman karvanına şəhidlərin adını, xüsusilə də Şəhid Süleymaninin adının verilməsi, bəzi qəhrəmanlar tərəfindən medallarının xas bir şəhidlərə hədiyyə edilməsi, fədakarlıq və müqavimət simvolu olaraq Çəfiyyədən (admin: Hizbullahın boynuna saldığı şal) istifadə edərək ona səcdə etmək, Hicab və örtüyə riayət etmək, xüsusən də karvan bayrağını daşıyarkən Çadradan istifadə etmək, İran bayrağına sevgi və məhəbbət nümayiş etdirmək, namaz qılmaq səhnələri, məğlub rəqibi qucaqlamaq və Paralimpiya voleybol komandasının Şəhid Babainin anasına bəslədikləri ehtiram səhnəsi, İslam dəyərlərinin təzahürüdür və İran millətinin kimliyini tanıdır.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İslam İnqilabının Ali Rəhbəri bu səhər (şənbə günü) Tokio Olimpiya və Paralimpiya Oyunlarının medalçıları ilə görüşündə ölkəmizin qəhrəmanlarına səmimi təşəkkürünü bildirərək deyiblər: “Ölkənin qürurlu idmançılarının beynəlxalq arenalarda birinciliyinin ən əhəmiyyətli mesajı ağlasığmaz işlər görməyin mümkün olması və cəmiyyətə, gəncliyə dözümlülük, ümid və dirilik mesajını çatdırmaqdır.”

İslam İnqilabının Ali Lideri həzrət Ayətullah Xamenei cənabları bu mesajı cəmiyyət üçün çox əhəmiyyətli adlandıraraq əlavə ediblər: “Bir çox təşkilat cəmiyyətdən, xüsusən də gənclikdən ümid və şən həyat tərzini almağı planlaşdırarkən, İranlı idmançıların qəhrəmanlıqları bütün cəmiyyətə ümid mesajını verir və bu çox dəyərli bir məsələdir.”

İmam Xamenei cənabları, dünya idmanında qeyri-sağlam çempionatların və medallar qazanmağın nümunələrinə diqqət çəkərək bildiriblər: "Haqsızlıqlar, rüşvət, siyasi qarşıdurmalar və enerji artıran maddələrdən istifadə edərək medal qazanmaq kimi vətənini satmaq və özünü tanıtmaqla medal qazanmaq da qeyri-sağlam çempionatların nümunələridir."

Ümümdünya Müsəlmanlarının Ali Lideri həzrət Ayətullah Seyyid Əli Xamenei qəhrəmanlıqla yanaşı insani, dini və mənəvi dəyərlərin təzahürünü çox dəyərli adlandırdı və bu halların Olimpiya və Paralimpiya yarışlarında nümunələrinə işarə edərək bildirdilər: “İdman karvanına şəhidlərin adını, xüsusilə də Şəhid Süleymaninin adının verilməsi, bəzi qəhrəmanlar tərəfindən medallarının xas bir şəhidlərə hədiyyə edilməsi, fədakarlıq və müqavimət simvolu olaraq Çəfiyyədən (admin: Hizbullahın boynuna saldığı şal) istifadə edərək ona səcdə etmək, Hicab və örtüyə riayət etmək, xüsusən də karvan bayrağını daşıyarkən Çadradan istifadə etmək, İran bayrağına sevgi və məhəbbət nümayiş etdirmək, namaz qılmaq səhnələri, məğlub rəqibi qucaqlamaq və Paralimpiya voleybol komandasının Şəhid Babainin anasına bəslədikləri ehtiram səhnəsi, İslam dəyərlərinin təzahürüdür və İran millətinin kimliyini tanıdır.”

Həzrət Ayətullah Xamenei cənabları vurğulayıblar: "Bu yarışmalarda İranlı idmançı qadınlar, siyasət, elm və idarəetmə sahələrində sübut etdikləri kimi idman sahəsində də sübut etdilər ki, İslami hicab parlamağın qarşısını alan maneə deyildir."

Ayətullah Xamenei, idman sahələrində cinayətkar sionist rejimin tanınmamasını çox əhəmiyyətli bir məsələ olaraq qiymətləndirdi və buyurdu: “Amansız, soyqırımlar törədən və qeyri-qanuni sionist rejimi beynəlxalq idman arenalarına qatılaraq legitimliyi qazanmağa çalışır və bu işdə dünya imperialist qüvvələri də bu rejimə köməklik göstərirlər. Ancaq bununla belə hörmətli idman sahəsi üzrə məsullarımız və dəyərli idmançılarımız bu məsələdə heç bir şəkildə passiv olmamalıdırlar.

Sionist rejim və tərəfdarlarının idmançılarımızı Olimpiya Paralimpiyada iştirak etməkdən məhrum etmək üçün etdikləri qarşılıqlı hərəkətlərinə toxunaraq vurğuladılar:İdman Nazirliyi, Xarici İşlər Nazirliyi və hüquq sistemi bu məsələni qanuni yollarla həll etdirməli və ölkənin idmançılarına və hətta başqa ölkələrin müsəlman idmançılarına, məsələn, yaxınlarda qadağan edilmiş Əlcəzairli idmançıya dəstək verməlidirlər.

İslam İnqilabının Ali Rəhbəri, qürurlu bir İran idmançısının medaldan ötrü cinayətkar rejimin nümayəndəsi ilə əl sıxıb onu tanıya bilməyəcəyinin qeyri-mümkün olduğunu vurğulayaraq sözünə əlavə etdi: “Bu məsələnin bir tarixi var və keçmişdə başqa ölkələrdən olan idmançılar Cənubi Afrikadakı aparteid rejiminin nümayəndələri ilə yarışmaqdan imtina edirdilər və bir müddət sonra həmin rejim yox oldu. Və sionist rejim də yox olacaq.”

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!