1 iyun 2021 - 15:02
İranlı qız ağır atletika üzrə Gənclər Arasında Dünya Çempionatının Bürünc qalibi oldu – Video

16 yaşlı iranlı qız ağır atlet Yekta Camali, Özbəkistanda keçirilən Gənclər Arasında Dünya Çempionatında böyük uğurlar qazanaraq, sürət, müvazinət və elastiklik tələb edən birdən qaldırma, daha böyük güc tələb edən təkanla qaldırma və iki hərəkətin cəmində toplam nəticəyə uyğun üç bürünc medal qazanıb.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Qadın Ağır Atletika yığma komandası ilk dəfə dünya medalını qazandı.

16 yaşlı iranlı qız ağır atlet Yekta Camali, Özbəkistanda keçirilən Gənclər Arasında Dünya Çempionatında böyük uğurlar qazanaraq, sürət, müvazinət və elastiklik tələb edən birdən qaldırma, daha böyük güc tələb edən təkanla qaldırma və iki hərəkətin cəmində toplam nəticəyə uyğun üç bürünc medal qazanıb.

Qeyd edək ki, ölkə xaricinə müsabiqəyə göndərilməsində çox ümüd yaradan Camali tarix yazaraq İranlı qadınların ağır atletikasında yeni bir səhifə açıb.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!