Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Cümə axşamı, martın 13-də Nyu-Yorkda Trump Tower binasına toplaşan etirazçılar Kolumbiya Universitetində etiraz aksiyalarına rəhbərlik etməkdə ittiham olunan fələstinli tələbə Mahmud Xəlilin həbsinə etiraz ediblər. Yayımlanan görüntülərə görə, polis binaya daxil olaraq bir neçə etirazçını həbs edib. Şənbə günü, martın 8-də ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Həmas tərəfdarı olan Mahmud Xəlili etirazlarda fəal iştirakına görə həbs edib. Amerika rəsmiləri dəfələrlə onun rezidenturasını ləğv etməklə, onu və Həmasın digər xarici tərəfdarlarını ölkədən qovmaqla hədələyiblər.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
Əslən İranın İrəvan vilayətindən olan Əmir Səid İrəvani BMT-nin Beynəlxalq İslamofobiya ilə Mübarizə Gününə həsr olunmuş Yüksək Səviyyəli İclasında müsəlmanlara qarşı nifrətin yayılmasının artması tendensiyasını pisləyib və bildirib ki, sionist rejim İslamofobiyadan öz işğalı və Fələstin xalqına qarşı cinayətlərinə haqq qazandırmaq üçün bir alət kimi istifadə edir.
Yəmənin Səhiyyə Nazirliyi ABŞ işğalçı qüvvələrinin Sənanın yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində 13 Yəmən vətəndaşının şəhid olduğunu açıqlayıb.
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İmam Həsən Müctəbanın (əleyhis-salam) mövludunun ildönümü münasibətilə İmam Hüseynin (əleyhi səlam) hərəmi, hərəmin xadimləri tərəfindən gül-çiçəklərlə bəzədilib.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
Həqiqətən, onların (peyğəmbərlərin) hekayətində ağıl sahibləri üçün ibrət vardır. [Quran] uydurma bir söz deyil, əksinə, özündən əvvəlkiləri (İlahi kitabları) təsdiq edən, hər şeyi müfəssəl izah edən, iman gətirən bir qövm üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir. (Yusuf/111)