16 mart 2025 - 10:36
Qurandan hekayələr; Təfəkkür və düşünmək üçün bir yer \ Müasir insan üçün ibrət dərsi (7)

Həqiqətən, onların (peyğəmbərlərin) hekayətində ağıl sahibləri üçün ibrət vardır. [Quran] uydurma bir söz deyil, əksinə, özündən əvvəlkiləri (İlahi kitabları) təsdiq edən, hər şeyi müfəssəl izah edən, iman gətirən bir qövm üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir. (Yusuf/111)

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:

1. Misirin Əzizi (Baş Nazir); Hz. Yusif (əleyhi səlam)

Hz. Yusifin (əleyhi səlam) qardaşları onu quyuya atdılar; Lakin o, xilas oldu və Misirin Əzizi (baş nazir) məqamına nail oldu və ailəsini aclıqdan xilas etdi (Yusif/4-101).

2. Hz. Yusifin (əleyhi səlam) qardaşlarının hiyləsi

Həzrəti Yusif (əleyhi səlam) peyğəmbərin qardaşları həsadət üzündən Onu quyuya atdılar və sonra atalarına yalan danışdılar ki, onu canavar yedi (Yusif/4-20).

3. Hz. Yusifin (əleyhi səlam) iffəti

Həzrət Yusif (əleyhi səlam) peyğəmbər Misrin Əzizinin arvadının günahkar tələbləri qarşısında Allahdan kömək istədi və Allah onu xilas etdi və ucaltdı (Yusif/21-34).

4. Hz. Yusifin (əleyhi səlam) həbsi

Yusif peyğəmbər (əleyhi səlam) Züleyxanın vəsvəsəsinə müqavimət göstərdiyinə görə, günahsız yerə həbs olundu, lakin zindanda Misir padşahının yuxusunu yozdu və azadlığa çıxdı (Yusuf/33-52).

5. Yusifin (əleyhi səlam) yuxu yozma elmi

Həzrət Yusif (əleyhi səlam) məhbusların və Misir padşahının yuxularını yozaraq zindandan azad edilmiş və Misir sarayında xüsusi bir mövqe , Misir Əzizi vəzifəsini qazanmışdır (Yusuf/36-57).

6. Hz. Yusifin (əleyhi səlam) qardaşlarının peşmançılığı

Hz. Yusifin (əleyhi səlam) qardaşları buğda almaq üçün Misirə getdilər, Peyğəmbər onları tanıdı, onları sınadı və özünü tanıtdıqdan sonra onları bağışladı və Misirə dəvət etdi (Yusuf/58-100).

7. Hz. Yaqub peyğəmbərin (əleyhi səlam) ata sevgisi

Həzrət Yaqub (əleyhi salam) peyğəmbər oğlu Hz. Yusif (əleyhi salam) peyğəmbərdən ayrıldıqdan sonra çox ağladı və nəhayət, uzun illər ayrılığa dözdükdən sonra vüsalına çataraq oğluna qovuşdu (Yusuf/94-101).

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!

Sizin rəyiniz

You are replying to: .
captcha