25 dekabr 2019 - 09:12
İnqilab Rəhbərinə aid edilən səhifənin Həzrət İsa Məsih(ə)-ın miladı münasibətilə tviti

Tvitter sosial şəbəkəsində İslam İnqilabının Böyük Rəhbərinin ofisinə aid edilən səhifə bir mesajda yazıb ki, Həzrət İsa Məsih(ə)-ın ardınca getmək ədalətsiz güclərə nifrəti və ədalətin izlənilməsini tələb edir.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Tvitter sosial şəbəkəsində İslam İnqilabının Böyük Rəhbərinin ofisinə aid edilən səhifə dünən gecə yazıb: Ümid edilir ki, dünyanın hər bir nöqtəsində yaşayan xristian və müsəlmanlar öz həyat və əməllərində ədalətsiz güclərə nifrət və ədalətin izlənilməsində Həzrət İsa Məsih(ə)-ın bu böyük dərsinə sadiq qalacaqlar.

Bu müraciətdə deyilir: Bu gün Həzrət İsa Məsih(ə)-ın yolunu getdiklərini iddia edən bir çoxları ondan fərqli bir yolu gedirlər.

Həzrət İsa Məsih(ə)-ın göstərişləri xalqı Allah-Taalaya sitayişə və fironlar və zalımlarla mübarizəyə istiqamtləndirir.

Bu gün dekabrın 25-i, Həzrət İsa Məsih(ə)-ın mübarək miladının ildönümü günüdür.

Qurani-Kərimdə Ruhullah kimi yad edilən Həzrət İsa Məsih(ə) Həzrət Məryəm(s.ə)-nın övladıdır.

..........
340