ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın XİN sözçüsü Seyid Abbas İraqçi bu gün İRNA ilə müsahibəsində Tehran ilə Moskva arsında xüsusi tarixi əlaqələrin mövcud olduğunu bildirərək deyib: Müxtəlif dövrlər xüsusiylə son iki əsrdə enişli-yoxuşlu yolları keçmiş İran-Rusiya əlaqələri İslam inqilabının qələbəsindən sonra xüsusiylə son illərdə gözə çarpacaq inkişafın şahididir.
Musəvi Tehran-Moskva əlaqələrinin düşmənlər və təxribatçılara melik olduğunu xatırladaraq deyib: İran və Rusiya iki qonşu ölkə və iki regional güc olaraq biri-birinin kənarında durublar.
İİR XİN sözçüsü İran və Rusiyanın beynəlxalq təşkilatlarda qənaətməxş əməkdaşlıqlara malik olduqlarını xatırladıb və deyib: Suriya mövzusunda Tehran və Moskva böhrana son qoymaq və bu ölkəyə stabillik və təhlükəsizliyi qaytarmaqdadırlar və bu da bütün regiona öz müsbət təsirini edəcəkdir.
Musəvi deyib: İkitərəfli məsələlərdə də Rusiya İranın kənarındadır və Amerika və qərb dövlətlərinin sanksiya və təzyiqlərinə rəğmən Moskva Tehranın kənarındadır.
..........
340