ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Vaşinqton Post qəzetinin verdiyi məlumata görə, Amerikada 500-dən çox hüquqşünas açıq məktubda bildiriblər ki, Donald Trampın özünün ukraynalı həmkarı ilə telefon əlaqəsi saxlaması macərasında o impiçment olunası hərəkət etmişdir və qanunvericilər onu hakimiyyətdən kənarlaşdırmağa səs verərlərsə, öz hüquqları çərçivəsində düzgün etmiş olacaqlar.
Bu məktubu imzalayanlar ABŞ boyu universitetlərin o sıradan Harvard, Kollumbiya, Yil və Kaliforniya universitetlərinin hüquq müəllimlərindən ibarətdirlər.
Məktubda deyilir: Trampın özünün prezident kimi and içməsinə xəyanət etmiş olduğu barədə qəti faktlar mövcuddur.
..........
340