8 dekabr 2019 - 09:34
500 hüquqşünas Trampın impiçment edilməsi ilə razıdır

Amerikada yüzlərlə hüquqşünas ölkə prezidentinin Ukrayna geyt rüsvayçılığında impiçmentə səbəb olacaq hərəkətlər etmiş olduğu qənaətindədir.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Vaşinqton Post qəzetinin verdiyi məlumata görə, Amerikada 500-dən çox hüquqşünas açıq məktubda bildiriblər ki, Donald Trampın özünün ukraynalı həmkarı ilə telefon əlaqəsi saxlaması macərasında o impiçment olunası hərəkət etmişdir və qanunvericilər onu hakimiyyətdən kənarlaşdırmağa səs verərlərsə, öz hüquqları çərçivəsində düzgün etmiş olacaqlar.

Bu məktubu imzalayanlar ABŞ boyu universitetlərin o sıradan Harvard, Kollumbiya, Yil və Kaliforniya universitetlərinin hüquq müəllimlərindən ibarətdirlər.

Məktubda deyilir: Trampın özünün prezident kimi and içməsinə xəyanət etmiş olduğu barədə qəti faktlar mövcuddur.

..........
340